
07 May, 2025 02:12
Hindistan Silahlı Qüvvələrinin Pakistanın nəzarətində olan Cammu və Kəşmirin birgə ərazisinə endirdiyi zərbələr nəticəsində azı 2 nəfər həlak olub, 12 nəfər yaralanıb.
Bu barədə Geo TV kanalına istinadən Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr üzrə İdarəsi məlumat verib, xəbər verir FinFly.
Məlumata görə, Hindistan ordusu iki məscidi hədəfə alıb.
Bundan əvvəl Hindistan hökuməti Pakistanın nəzarətində olan Cammu və Kəşmir bölgəsində doqquz hədəfə zərbələr endirdiyini açıqlamışdı. SAMAA TV kanalının mənbələri isə Pakistanın cavab hücumları həyata keçirdiyini bildiriblər.
Son xəbərlər
-
03 Snt, 2025
Bakı tıxaclarının iqtisadiyyata illik təsiri...
-
03 Snt, 2025
Umico Bonus artıq Bir Bonus oldu...
-
03 Snt, 2025
Azərbaycan neftinin qiyməti 71 dolları keçib...