
27 Apr, 2025 12:11
Pakistan hərbçiləri şənbə günündən bazar gününə keçən gecə Hindistanın Cammu və Kəşmir ittifaq ərazisinin nəzarət xəttində atəş açıblar.
FinFly xəbər verir ki, bu barədə Hindistanın Press Trust of India (PTI) agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, sərhəddə atışma Tutmari Gali və Rampur bölgələrində qeydə alınıb. Hindistan ordusunun hərbçiləri cavab olaraq atıcı silahlardan atəş açıblar, mənbələr bildiriblər.
Hadisə nəticəsində tələfat barədə məlumat verilməyib.
PTI qeyd edib ki, Cammu və Kəşmirdəki Pahalgam terror aktından sonra Hindistan-Pakistan sərhədində atəşkəs razılaşması artıq üçüncü dəfə pozulub.
Son xəbərlər
-
27 Apr, 2025
Azərbaycan XİN İrana başsağlığı verib...
-
25 Apr, 2025
Növbəti üç gündə bəzi rayonlara leysan yağacaq...
-
25 Apr, 2025
VTB (Azərbaycan) ekoloji təşəbbüsə dəstək verdi...