14 Apr, 2025 17:54
Hindistan və Çin birbaşa sərnişin reyslərinin bərpası ilə bağlı danışıqların ilk raundunu keçiriblər, lakin konkret tarixlər hələ müəyyən edilməyib.
Bu barədə FinFly "Reuters" agentliyinə istinadən xəbər verir.
"Mülki Aviasiya Nazirliyi və Çindəki həmkarlarımız görüş keçiriblər", - Hindistanın mülki aviasiya naziri Vumlumanq Vualnam bildirib.
Bununla yanaşı, o, bir sıra həll olunmamış məsələlərin qaldığını qeyd edib.
Məlumata görə, yanvarda Hindistan və Çin ticari, eləcə də iqtisadi fikir ayrılıqlarının həlli istiqamətində işləmək barədə razılığa gəliblər. Bunun da hava əlaqələrinin inkişafına təkan verəcəyi gözlənilir.
Son xəbərlər
-
28 Fvr, 2026
Əbu-Dabi və Bəhreyndə partlayış qeyd olunub...
-
28 Fvr, 2026
İran İsrail istiqamətində yeni raketlər buraxdı...
-
28 Fvr, 2026
Tehranda daha iki partlayış...
-
28 Fvr, 2026
İran İsrailə raketlər buraxıb...
-
28 Fvr, 2026
İran hücuma yaxın saatlarda cavab verəcək...
