Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
İƏT ilə TDT arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün böyük imkanlar var - Tokayev - FinFly

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə Türk Dövlətləri Təşkilatı (TDT) arasında kənd təsərrüfatı sahəsində birgə əməkdaşlıq üçün böyük imkanlar var.

FinFly xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının qeyri-rəsmi Zirvə görüşündə deyib.

"Ötən il təsərrüfat sahəsində 2,5 milyard dollarlıq xarici ticarət reallaşdırmışıq", - deyə o qeyd edib.

Qazaxıstan Prezidenti hesab edir ki, ortaq əməkdaşlıqlar əlaqələrin genişlənməsinə böyük töhfə verir:

"Beynəlxalq layihələr həyata keçirə, elm cameəsini, tələbələri bir yerə toplaya bilərik. Türk dünyası daxilində mədəni fəaliyyətlərin də artırılmasına ehtiyac var".