Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994
İki il ərzində Bakı Limanının tutumu iki dəfəyədək artırılacaq - FinFly

Bakı Beynəlxalq Dəniz Limanının tutumu iki il ərzində 2 600 TEU-ya qədər artırılacaq.

FinFly xəbər verir ki, bunu "Alliance Multimodal LLC."nin baş icraçı direktoru Natiq Cəfərov bildirib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi Azərbaycanın həm Şərqlə, həm də Qərblə bağlantısını daha da genişləndirəcək: "Hazırda Bakı Beynəlxalq Dəniz Limanının tutumu 1 500 TEU-dur və bu göstərici iki il ərzində 2 600 TEU-ya qədər artacaq. Limanda hazırda illik 60 000 nəqliyyat vasitəsi və 100 000 vaqon emal edilə bilər".

O qeyd edib ki, Zəngəzur dəhlizi istismara verildikdən sonra onun vasitəsilə ildə əlavə 15 milyon ton yük daşına biləcək:

"Azərbaycanın nəqliyyat sahəsindəki investisiyaları ölkənin Orta Dəhliz üçün təməl yaratmaq öhdəliyini göstərir. Doğrudur, son 5 ildə logistika üçün stress testi olub. COVID-19 pandemiyası konteyner "xaos"u və rekord xərclərə səbəb oldu. Süveyş kanalının bağlanması nəticəsində dünya ticarətinin 12 %-ni dayanmışdı. Ukraynada müharibə isə əsas dəmir yolu marşrutlarının bağlanmasına səbəb olub. Pandemiyadan əvvəl Çin-Avropa tarifləri 1 800 ABŞ dollarına qədər idi, sonra böhran baş verdi. Tariflər 14 000 ABŞ dollarına qədər kəskin artdı. Daha sonra tariflər sabitləşsə də, lakin yenidən 5 000 ABŞ dollarına qədər yüksəldi".

Cəfərov vurğulayıb ki, bu gün Orta Dəhliz artıq alternativ deyil: "O, qlobal ticarətin etibarlı marşrutuna çevrilir. Qlobal böhran dövründə Orta Dəhlizə tələbatın artır. Bu dəhliz dəniz marşrutundan daha qısa və sürətlidir, o cümlədən hökumətlər arasında əməkdaşlıqla dəstəklənir".