Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib - FinFly

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 2-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib.

FinFly xəbər verir ki, iştirakçılar Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz, Özbəkistanın Baş naziri Abdulla Aripov, Qazaxıstanın Baş naziri Oljas Bektenov, Qırğızıstanın Nazirlər Kabinetinin Sədri Adılbek Kasımaliyev, Türkmənistan Nazirlər Kabineti Sədrinin müavini Nökərqulu Ataqulıyev, Şimali Kiprin Baş naziri Ünal Üsteli və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubaniçbek Ömüralıyev olub.

Qeyd edək ki, qonaqlar Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının görüşündə iştirak etmək üçün Azərbaycanda səfərdədirlər.