
2025-ci ilin I yarısında Azərbaycanda 25,2 milyard kubmetr təbii qaz hasil edilib.
FinFly Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunun 6,6 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” yataqlarının, 13,8 milyard kubmetri “Şahdəniz” yatağının, 0,8 milyard kubmetri “Abşeron” yatağının, 4 milyard kubmetrə yaxını isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payına düşüb.
Bu dövrdə xaricə qaz satışı 12,1 milyard kubmetr təşkil edib. Bundan 6,1 milyard kubmetr Avropaya, 4,9 milyard kubmetr Türkiyəyə (o cümlədən TANAP-la 2,9 milyard kubmetr), 1,1 milyard kubmetr Gürcüstana satılıb.
“Şahdəniz” yatağı istismara veriləndən 1 iyul 2025-ci il tarixinə qədər 487,1 milyard kubmetr qaz hasil edilib. Yataqdan 50,6 milyon tona yaxın kondensat, 250,6 milyard kubmetr qaz çıxarılıb. Bundan 1 iyun 2025-ci il tarixinədək 180,2 milyard kubmetr qaz ixraca nəql edilib.
Son xəbərlər
-
14 Iyl, 2025
"Taxta bazarın"-dakı yanğın tam söndürülüb...
-
14 Iyl, 2025
ABŞ Ukryanaya silah göndərəcək...