Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
İlin əvvəlindən BTC ilə nə qədər neft nəql olunub? - FinFly

2025-ci ilin yanvar-iyun ayında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 105,806 milyon barel neft nəql edilib.

FinFly Türkiyənin BOTAŞ şirkətinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin ilk yarım ili ilə müqayisədə 4,344 milyon barel və ya 4 faiz azdır.

Təkcə bu ilin iyun ayında Türkiyə ərazisi ilə BTC kəməri vasitəsilə 17,296 milyon barel neft nəql edilib. Bu da ötən ilin eyni ayı ilə müqayisədə 1,620 milyon barel və ya 8,6 faiz azdır.

2024-cü ildə Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 224,142 milyon barel neft nəql edilib.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və "Şahdəniz" yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.