
Niderlandın ən böyük bank qrupunun – Internationale Nederlanden Groep (ING) proqnozuna görə, Azərbaycanın nominal ÜDM-i qarşı illərdə artımını davam etdirəcək.
FinFly-ın İNG-dən əldə etdiyi məlumatına əsasən, əgər 2024-cü ildə bu göstərici 74,3 milyard dollar təşkil edirdisə, 2025-ci ildə 80,6 milyard dollara, 2026-cı ildə isə 81,7 milyard dollara çatacağı proqnozlaşdırılır.
Eyni tendensiya adambaşına düşən ÜDM-in dinamikasında da müşahidə olunucağı gözlənilir. 2024-cü ildə bu göstərici 7 284 dollar təşkil edirdisə, 2025-ci ildə 7 728 dollara, 2026-cı ildə isə 7 765 dollara yüksələcəyi gözlənilir.
ING həmçinin qarşıdakı illərdə Azərbaycanın ÜDM artımının 2–3 faiz diapazonunda sabitləşəcəyini proqnozlaşdırır.
Belə ki, proqnozlara görə, Azərbaycanın real ÜDM artımı 2025-ci ildə 3 faiz, 2026-cı ildə isə 2,5 faiz olacaq.
Son xəbərlər
-
19 Apr, 2025
Gürcüstan Azərbaycana kömək üçün müraciət edib...
-
19 Apr, 2025
Azərbaycan mədəniyyət xərclərini artırıb...
-
19 Apr, 2025
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub...