
Böyük Britaniyanın "Anglo Asian Mining" şirkəti Azərbaycan yerləşən "Gilar" yatağında ilk filizin hasilatına başlayıb.
FinFly xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Qeyd edilib ki, ilkin hasilat 1 267 ton filiz təşkil edib. Onun tərkibində orta hesabla 0,65 faiz mis (maksimum 1,63 faiz mis) və 1,36 qram qızıl/t (maksimum 3,27 q/t qızıl) olub. Şirkət yaxın aylarda istehsalı tədricən artırmağı və aylıq 50 -60 min ton filiz hasilatına nail olmağı planlaşdırır.
Qeyd edək ki, Gilar yatağına dair ilkin JORC mineral ehtiyatları qiymətləndirməsi 11 dekabr 2023-cü ildə dərc edilib. Hesabata görə, Gilar yatağında orta hesabla 0,88 faiz mis tərkibli 6,1 milyon ton filiz mövcuddur ki, bu da təxminən 54 min ton mis deməkdir. Bundan əlavə, orta hesabla hər ton filizdə 1,3 qram qızıl olmaqla, ümumilikdə 255 min unsiyadan çox qızıl ehtiyatı müəyyən edilib.
“Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 faiz, "Anglo-Asian Mining Plc" şirkətinin payı 49 faiz təşkil edir.
Son xəbərlər
-
19 Apr, 2025
Gürcüstan Azərbaycana kömək üçün müraciət edib...
-
19 Apr, 2025
Azərbaycan mədəniyyət xərclərini artırıb...
-
19 Apr, 2025
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub...