Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
İqtisadçıların 2025-ci ilin sonu üçün avro/dollar proqnozu - FinFly

Trampın tariflərdən sonra avrodakı dəyişkənlik ilin sonu gözləntilərinə təsir edib.

FinFly xəbər verir ki, CNBC tərəfindən keçirilən sorğuda bu il üçün avro/dollar proqnozu 1,10-a yüksəlib.

Sorğuya əsasən, bazarın 2025-ci ilin sonu üçün avro/dollar məzənnəsi üzrə proqnozu yanvardakı 1,03-dən apreldə 1,10-a yüksəlib. Orta proqnoz 1,11-dir.Ən aşağı proqnoz verən iştirakçı Avro/dollar məzənnəsinin 1,04 olacağını bildirib. Ən yüksək proqnoz isə 1.20-dir.

Trampın tarifləri və son makro göstəricilər avro/dollar məzənnəsinin keçən həftə 1.14 səviyyəsinə qalxmasına səbəb olub.

Hazırda beynəlxalq bazarlarda 1,13-ün üzərində əməliyyat olunan avro/dollar məzənnəsinə ticarət müharibələri və mərkəzi bankların pul siyasətləri də təsir edir.