Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
İqtisadi Şurada növbəti 4 ilin büdcə proqnozları müzakirə edilib - FinFly

İqtisadi Şurada 2026-cı il və sonrakı 3 il üçün büdcə proqnozları müzakirə edilib.

FinFly bu barədə Nazirlər Kabinetinə istinadən xəbər verir.

Məlumata görə, bu gün İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində 2026-2029-cu illər üçün Prezident İlham Əliyevin müəyyən etdiyi prioritet xərc istiqamətləri, Ortamüddətli Büdcə Çərçivəsi (OMBÇ), büdcə siyasətinin əsas istiqamət və hədəfləri, ortamüddətli dövr üçün ilkin makroiqtisadi proqnozlar və makro-fiskal çərçivə, 2026-cı il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin proqnoz göstəriciləri, büdcə dayanıqlığı və digər cari məsələlər ətraflı müzakirə olunub.

Gündəlikdə olan OMBÇ və 2026-cı il və sonrakı üç il üçün büdcə proqnozları barədə maliyyə naziri Sahil Babayevin geniş təqdimatı dinlənilib. Təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri çıxışlar edib və müzakirələr aparıb.

İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla büdcə proqnozları barədə qərarlar qəbul olunub. Maliyyə nazirliyinə və digər aidiyyəti qurumlara növbəti ilin büdcə zərfinin hazırlığı ilə bağlı müvafiq tapşırıqlar verilib.