Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
İqtisadiyyat naziri İslam İnkişaf Bankı Qrupunun Müdirlər Şurasının sədri təyin olunub - FinFly

İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı (IsDB) Qrupunun Müdirlər Şurasının sədri təyin olunub.

FinFly xəbər verir ki, bununla əlaqədar IsDB Qrupunun Əlcəzairdə keçirilən İllik Toplantısı çərçivəsində ev sahibliyini təhvilalma mərasimi keçirilib. IsDB Qrupunun 2026-cı ildə İllik Toplantısı Azərbaycanda təşkil olunacaq.

M.Cabbarov IsDB Qrupuna və üzv dövlətlərə Azərbaycana göstərilən yüksək etimada görə təşəkkür edib. O qeyd edib ki, Azərbaycan 2010-cu ildə Bankın 35-ci İllik Toplantısına uğurla ev sahibliyi edib: "Bu nüfuzlu tədbirə növbəti dəfə ev sahibliyi etmək Azərbaycanın çoxtərəfli əməkdaşlığa, üzv ölkələri birləşdirən ortaq dəyərlərə və məqsədlərə sadiqliyini bir daha təsdiqləyir. Tədbir Azərbaycanın islam maliyyə institutları ilə tərəfdaşlığının güclənməsinə və dayanıqlı iqtisadi inkişafa təkan verəcək".

Nazir vurğulayıb ki, Azərbaycan Bankla səmərəli əməkdaşlıq edir və indiyədək birgə enerji, su təchizatı, infrastruktur, şəhərsalma və digər istiqamətlərdə dəyəri təxminən 1 milyard ABŞ dolları olan layihələr icra olunub. Xüsusilə, işğaldan azad olunmuş ərazilərdə Bankla birgə həyata keçirilməsi nəzərdə tutulan “Qız qalası” su anbarından suvarma kanalının çəkilişinə dair layihənin önəmi qeyd olunub.