Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
İran bankları kreditləşməni artırıblar - FinFly

Cari İran təqvim ilinin ilk 2 ayında (21 mart - 21 may 2025-ci il) İran bankları və maliyyə qurumları tərəfindən verilən kreditlərin həcmi ötən ilin eyni dövrü ilə (20 mart - 20 may 2024-cü il) müqayisədə 48,3% artıb.

FinFly-nin İran Mərkəzi Bankının hesabatına istinadən verdiyi məlumata görə, qeyd olunan müddət ərzində İran bankları və maliyyə qurumları təxminən 8,5 katrilyon rial (təxminən 13 milyard dollar) məbləğində kreditlər veriblər. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə təxminən 5,73 katrilyon rial (təxminən 8,8 milyard dollar) məbləğində kreditlər verilib.

Hesabata görə, iki ayda verilmiş kreditlərin 3,94 katrilyon rialı (təxminən 6,05 milyard dollar) sənaye və mədənçıxarma sektorunun payına düşüb.

Xidmətlər sektorunda eyni dövrdə təxminən 2,98 katrilyon rial (təxminən 4,57 milyard dollar) məbləğində kreditlər verilib.

Ticarət sektorunda təxminən 926 trilyon rial (təxminən 1,42 milyard dollar) məbləğində kreditlər verilib.

Aqrar sektorda iki ay ərzində 71 trilyon rial (təxminən 570 milyon dollar) məbləğində kreditlər verilib.

Mənzil sektorunda 252 trilyon rial (təxminən 387 milyon dollar) məbləğində kreditlər verilib.

Bundan əlavə, ayrı-ayrılıqda qeyd olunmayan müxtəlif digər sektorlara 742 milyard rial (təxminən 1,14 milyon dollar) dəyərində kreditlər verilib.