
29 May, 2025 10:09
İran benzin istehsalını sutkada 12 milyon litrə qədər artırıcağı açıqlayıb.
FinFly xəbər verir ki, istehsalın artırılması ümumi emal gücü sutkada 180 min barel olan iki yeni neft emalı zavodunun istifadəyə verilməsi hesabına mümkün olacaq. Söhbət Hörmüzqan vilayətindəki Cənub Adiş (120 min barel) və Buşehr vilayətindəki Mehr Khalij Fars (60 min barel) neft emalı zavodlarından gedir.
İran milli neft emalı və distribisiya şirkətinin (NIORDC) icraçı direktoru Məhəmməd Sadiq Əzimifər bildirib ki, bu iki zavodun istifadəyə verilməsi ilə ölkədə ümumi dizel istehsalı 6 milyon litr, nafta istehsalı gündəlik 18 milyon litr, LPG istehsalı isə gündə 1 milyon litr artacaq.
Son xəbərlər
-
05 Iyn, 2025
Mask Trampı məyus etdi...
-
05 Iyn, 2025
Çinlə iqtisadi əməkdaşlıq müzakirə olunub...
-
05 Iyn, 2025
Azərbaycanın dövlət büdcəsinin profisitiartıb...