
Neftin qiymətində geosiyasi risklər fonunda qısamüddətli artım ehtimalı yüksəlib.
FinFly xəbər verir ki, bu barədə S&P Global Ratings reytinq agentliyinin İsrail və İran arasında artan gərginliyin enerji bazarına mümkün təsirləri ilə bağlı dəyərləndirməsində bildirilib.
Qeyd edilib ki, bu artım bölgə ölkələri üçün avtomatik iqtisadi fayda anlamına gəlmir.
Agentliyin fikrincə, neftin qiymətində artımın region üçün müsbət iqtisadi nəticə verməsi üçün əsas şərtlər təmin olunmalıdır.
"Bunun üçün neft hasilatında fasilə baş verməməli, qlobal tələbat sabit qalmalı və əsas enerji və ticarət marşrutları – xüsusilə Hörmüz boğazı və Bab əl-Məndəb açıq qalmalıdır", - deyə bildirilib.
S&P xəbərdarlıq edir ki, bu şərtlər pozularsa, nəinki qiymət artımı davamlı olmayacaq, hətta bəzi ixracatçı ölkələr üçün maliyyə gəlirlərində itkilər də mümkündür. Bu risklər, xüsusilə enerji ixracına güclü bağlılığı olan ölkələr üçün vacib əhəmiyyət kəsb edir.
Eyni zamanda qeyd olunur ki, S&P hazırda neft bazarında təklifin tələbi üstələdiyi bir şəraitin davam etdiyini nəzərə alaraq, orta və uzunmüddətli dövrdə qiymətlərin sabitləşəcəyini proqnozlaşdırır.
Son xəbərlər
-
17 Iyn, 2025
Bakı-Tbilisi-Ərzurum kəməri ilə qaz nəqli azalıb...
-
17 Iyn, 2025
Azərbaycanın istehlak bazarı böyüyüb...