Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994
İran Naxçıvana dron hücumuna görə qısa müddətdə izahat verməlidir - Nazir - FinFly

İran Naxçıvana dron hücumuna görə qısa müddətdə izahat verməlidir.

FinFly xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun özbəkistanlı həmkarı Baxtiyor Saidovla telefon danışığı zamanı qeyd olunub.

Bildirilib ki, Azərbaycan tərəfinin baş verən hücumla bağlı İran tərəfindən qısa müddət ərzində aydınlıq gətirilməsi, izahat verilməsi və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlərin görülməsinin tələb olunduğu diqqətə çatdırılıb.

İrandan Naxçıvana martın 5-də günorta radələrində dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Nəticədə 2 nəfər xəsarət alıb.