Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994
İranda Ali Lider vəzifəsinə namizədlər müəyyənləşib – Ekspertlər Şurasının üzvü - FinFly

İranda Ali Lider vəzifəsinə namizədlər müəyyənləşib.

FinFly xəbər verir ki, bunu İranın Ekspertlər Şurasının üzvü Seyid Əhməd Xatəmi yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, Ekspertlər Şurasının üzvlərinin Ali Lider üçün rəyləri öyrənilib və şura seçimə yaxındır.

Xatəmi bildirib ki, hazırda müharibə şəraitində qanuni prosedur davam edir və uyğun zamanda Ali Lider seçiləcək.

“Qarşı tərəfin iki əsas məqsədi var idi. Birincisi Ali Lideri vurmaq və təəssüf ki, bunu həyata keçirdi. İkinci məqsəd isə Ekspertlər Şurasını vurmaqdır. Buna əsasən addımlar tədbirli şəkildə atılır”, - deyə o qeyd edib.