
Cari İran ilinin ilk üç ayında (2025-ci il martın 21-dən iyunun 21-dək) İranın sənaye və mədənçıxarma sektorlarına ayrılan bank kreditlərinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 70,6 faiz artıb.
FinFly xəbər verir ki, bunu İran Mərkəzi Bankı acıqlayıb.
Bu dövrdə verilən kreditlərin məbləği 6,21 kvadrilyon riala (təxminən 10,8 milyard dollar) çatıbsa, ötən ilin eyni dövründə bu, 3,64 katrilyon rial (təxminən 6,3 milyard dollar) olub.
Ümumi məbləğdən 5,87 katrilyon rial (təxminən 10,2 milyard dollar) müəssisələrin dövriyyə vəsaitlərinin artırılmasına, 207 trilyon rialı (təxminən 358 milyon dolları) isə bu sektorlarda yeni müəssisələrin yaradılmasına yönəldilib.
Bundan əlavə, sənaye və mədənçıxarmanın inkişafına dəstək üçün 108 trilyon rial (təxminən 188 milyon dollar) ayrılıb.
Bu sektorlarda fərdi kreditlər də verilib: 12,6 trilyon rial (təxminən 21,8 milyon dollar) şəxsi avtomobillərin alınmasına və 13,4 trilyon rial (təxminən 23,1 milyon dollar) özünüməşğulluq üçün.
Əlavə kreditləşməyə mənzil alınması üçün 1,29 trilyon rial (təxminən 2,23 milyon dollar) və təmir işləri üçün 237 milyard rial (təxminən 410,000 dollar) daxildir.
Son xəbərlər
-
21 Iyl, 2025
Sabahdan peşə məktəblərinə qəbul başlayır...
-
21 Iyl, 2025
Azərbaycan gübrə ixracından qazancını artırıb...
-
21 Iyl, 2025
ARDNF-in xalis mənfəəti azalıb...
-
21 Iyl, 2025
Sabah pensiyalar tam ödəniləcək...