
İslam İnkişaf Bankı (IsDB) Qrupunun illik toplantısı 2026-cı ildə Azərbaycanda keçiriləcək.
FinFly IsDB-dən əldə etdiyi məlumata görə, illik görüşlər Bankın 57 üzv ölkəsindən maliyyə, iqtisadiyyat, beynəlxalq inkişaf və planlaşdırma nazirlərini bir araya gətirir.
Bu beynəlxalq tədbir aktual çağırışların hərtərəfli müzakirəsi və inkişaf sahəsində praktiki həll yollarının hazırlanması baxımından mühüm əhəmiyyət kəsb edir. Görüşdə aparıcı qlobal inkişaf tərəfdaşlarının, maliyyə institutlarının yüksək vəzifəli nümayəndələri, islam maliyyəsi üzrə ekspertlər, özəl sektor liderləri və vətəndaş cəmiyyəti təşkilatlarının təmsilçiləri iştirak edirlər.
Bu ilki toplantı İsDB-nin İdarəedici Direktor Şurasının 50-ci sessiyasının keçirilməsi ilə üst-üstə düşür ki, bu da islam maliyyəsinin inkişafı, innovasiyaların tətbiqi və dayanıqlı inkişafa dəstək yolunda mühüm mərhələdir.
Qeyd edək ki, Azərbaycan 1992-ci ildən IsDB-nin üzvüdür. Ölkənin bankın kapitalında iştirak payı 0,13 faiz təşkil edir.
Son xəbərlər
-
07 Iyn, 2025
Azərbaycan neftinin qiyməti bahalaşıb...
-
07 Iyn, 2025
Yutubun fəaliyyətində qlobal nasazlıq yaranıb...
-
05 Iyn, 2025
Mask Trampı məyus etdi...