Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
İslamofobiya ilə mübarizədə əsas məqsəd nifrəti susdurmaqdır - FinFly

Bizim islamofobiya ilə mübarizədə əsas məqsədimiz nifrəti susdurmaqdır.

FinFly xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) aparıcı məsləhətçisi Lalə Xəlilzadə Bakıda "İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması" mövzusunda keçirilən beynəlxalq elmi konfransın panel sessiyasında deyib.

Onun sözlərinə görə, gənclərin dinlərarası və mədəniyyətlərarası dialoqa təşviq edilməsi diqqət mərkəzindədir:

"İslamofobiya sadəcə, dini dözümsüzlük deyil. Bu həm də cəmiyyətlərdə gərginlik və nifrət toxumu səpir. Siyasi və ideoloji məqsədlərlə istifadə olunduqda isə daha təhlükəli forma alır. Bu, xüsusilə də gənclərin həyatında təzahür edir. Onların dinlərarası və mədəniyyətlərarası dialoqa təşviq edilməsi prosesini gecikdirir", - deyə, vurğuladı.

BMTM əməkdaşı qeyd edib ki, əgər gənclər qeyri-tolerantlıq nümayiş etdirən bir millətin təmsilçisi olsa, bu, onlara mənfi təsir göstərəcək, inkişaflarını ləngidəcək.

Xəlilzadə bildirib ki, islamofobiya ilə mübarizə apararkən onun yalnız təzahürlərinə deyil, eyni zamanda, köklərinə də nəzər salınmalıdır.

"Bu kökləri anlamaq, onları ifşa etmək və aradan qaldırmaq üçün daha genişmiqyaslı, strateji yanaşmalar tətbiq edilməlidir. Gənclər bu prosesdə bizə dəstək ola bilər. Onların təşəbbüsləri genişdir, enerjiləri çoxdur. Fərqli yanaşmaları ilə yeni həll yolları təklif edə bilərlər", - deyə qeyd edib.

O, bu məsələdə multikulturalizm təcrübəsi olan qurum və nümayəndələrin gənclərə dəstək olmasının əhəmiyyətini vurğulayıb.