
"Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin təşkilatçılığı ilə ənənəvi “Bankçılıq Mükafatları – 2024” ün qalibləri müəyyən olunub və "Kapital Bank" ASC nominasiyada mükafat qazanıb.
Bank 2024-cü il üzrə “Korporativ sosial məsuliyyət”, “Təhsil dəstəkçisi”, “Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü”, “Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarifləndirmə layihələri”, “Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi” və “Dayanıqlı bankçılıq üzrə layihələr (ESG)” nominasiyaları üzrə mükafata layiq görülüb.
"Kapital Bank" ötən il sözügedən istiqamətlər üzrə bir çox layihəyə imza atıb. Korporativ Sosial Məsuliyyət, təhsilə dəstək, rəqəmsallaşdırma, rəqmsal ödənişlərin təhlükəsizliyi üzrə əhalinin maarifləndirilməsi və dayanıqlı inkişaf layihələri Bankın çoxillik strategiyasının tərkib hissəsidir.
Ölkənin I bankı olan "Kapital Bank" "PAŞA Holdinq" MMC-yə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, "Birbank" kartı sifarişi üçün — https://kbl.az/prcrc.
Son xəbərlər
-
19 Apr, 2025
Gürcüstan Azərbaycana kömək üçün müraciət edib...
-
19 Apr, 2025
Azərbaycan mədəniyyət xərclərini artırıb...
-
19 Apr, 2025
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub...