
17 Iyn, 2025 17:29
2025-ci ilin yanvar-may aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri vasitəsilə 11,646 milyon ton neft ötürülüb.
FinFly Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 340,3 min ton və ya 2,8 faiz azdır. Belə ki, ötən ilin yanvar-may aylarında Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri vasitəsilə 11,986 milyon ton neft ötürülmüşdü.
Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 83,4 faizini və ya 9711,4 min tonunu Azərbaycanda hasil edilən neft, 16,6 faizini və ya 1934,7 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
Son xəbərlər
-
03 Snt, 2025
Bakı tıxaclarının iqtisadiyyata illik təsiri...
-
03 Snt, 2025
Umico Bonus artıq Bir Bonus oldu...
-
03 Snt, 2025
Azərbaycan neftinin qiyməti 71 dolları keçib...