Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Kiyevə Rusiyanın hücumu nəticəsində 20-yə yaxın adam yaralanıb - FinFly

Rusiya Ukraynanın paytaxtı Kiyevə gecə hücumu nəticəsində azı 19 nəfər yaralanıb.

FinFly xəbər verir ki, bu barədə şəhərin meri Vitali Kliçko öz Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, zərərçəkənlərdən 5-nə ambulator yardım göstərilir.

"Düşmənin gecə Kiyevə hücumu nəticəsində 19 paytaxt sakini yaralanıb. 5 nəfərə ambulator yardım göstərilir, 14 nəfər xəstəxanaya yerləşdirilib", - Kliçko yazıb.

Hücum nəticəsində dəmir yolu infrastrukturuna da ziyan dəyib, bəzi ərazilərdə yerə düşən raket qalıqları yanğınlara səbəb olub.