24 Fvr, 2025 10:23
Fevralın 24-də kriptovalyuta birjalarında "Bitkoin" ucuzlaşıb.
FinFly xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 09:40-da “CoinMarketCap” platformasında 0.65% ucuzlaşaraq 95 691 ABŞ dolları təşkil edib.
Son bir gündə "Ethereum"un qiymətində də azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 2.01% azalaraq 2721.51 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 2.43%, BNB isə 3.45% ucuzlaşıb.
Qeyd edək ki, "Bitkoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.
Son xəbərlər
-
28 Fvr, 2026
Əbu-Dabi və Bəhreyndə partlayış qeyd olunub...
-
28 Fvr, 2026
İran İsrail istiqamətində yeni raketlər buraxdı...
-
28 Fvr, 2026
Tehranda daha iki partlayış...
-
28 Fvr, 2026
İran İsrailə raketlər buraxıb...
-
28 Fvr, 2026
İran hücuma yaxın saatlarda cavab verəcək...
