
Qazaxıstanın"PTC Holding" və "Qazaxıstan Temir Yolu" ASC (KTJ) Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (TBND, Orta Dəhliz) bir hissəsi olacaq Gürcüstanda Poti multimodal konteyner terminalının tikintisinə 30 milyon dollar sərmayə qoyacaqlar.
Bu barədə FinFly KTJ-nin mətbuat xidmətinə istinadən xəbər verir.
"Sənəd Gürcüstanda terminal infrastrukturunun birgə inkişafını nəzərdə tutur. Xüsusilə, memorandum Poti şəhərində ötürmə gücü ildə 80 min TEU-dan çox olan multimodal konteyner terminalının tikintisi layihəsinin həyata keçirilməsinə yönəlib. Layihəyə qoyulan ümumi investisiyanın həcmi 30 milyon dollardır", - məlumatda deyilir.
Bildirilir ki, bu terminal qablaşdırılmış və konteynerləşdirilmiş yüklərin səmərəli emalını təmin edərək Orta Dəhlizin bir hissəsi olacaq ki, bu da marşrut üzrə yükdaşımaların həcmini artıracaq.
"Marşrutun imkanlarının artırılmasına, logistik proseslərin optimallaşdırılmasına və regionun beynəlxalq yükdaşıma bazarında mövqeyinin möhkəmləndirilməsinə imkan verəcək investisiya və resursların cəlb edilməsi məsələlərinə xüsusi diqqət yetirilir. Memorandumun imzalanması strateji tərəfdaşlığın gücləndirilməsi və ölkənin beynəlxalq nəqliyyat və logistika zəncirlərinə daha da inteqrasiyası istiqamətində mühüm addımdır", - məlumatda deyilir.
Son xəbərlər
-
19 Apr, 2025
Gürcüstan Azərbaycana kömək üçün müraciət edib...
-
19 Apr, 2025
Azərbaycan mədəniyyət xərclərini artırıb...
-
19 Apr, 2025
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub...