17 Fvr, 2026 16:35
Azərbaycan Mərkəzi Bankı (AMB) "AFB Bank" ASC-yə icrası məcburi sərəncam verib.
FinFly bu barədə Bakı Fond Birjasına istinadən xəbər verir.
Məlumata görə, bank inzibatçı vəzifəsinə təyinat və dəyişikliklə bağlı müəyyən edilmiş müddətdə Mərkəzi Banka yazılı bildiriş təqdim etməyib. "Banklar haqqında" qanununun 10.6-cı və 15.2-ci maddələrinin tələblərinin pozulmasına görə Qanunun 47-ci maddəsinin tələbləri rəhbər tutularaq, Mərkəzi Bank tərəfindən "AFB Bank"a qeyd olunan halların gələcəkdə təkrarlanmaması məqsədilə bu sahədə daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib.
Son xəbərlər
-
17 Fvr, 2026
Avropada təbii qazın qiyməti düşüb...
-
17 Fvr, 2026
Niyə fevral ayı Azərbaycanda isti keçir?...
-
17 Fvr, 2026
Bu günə olan valyuta məzənnələri...
-
17 Fvr, 2026
ABŞ İrana hərbi təzyiqi artırır...
