Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Mərkəzi Bank “Guavapay” şirkətinə lisenziya verdi - FinFly

Mərkəzi Bank tərəfindən “Guavapay” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya verilib

FinFly xəbər verir ki, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair Mərkəzi Banka müraciət etmiş təşkilatların qiymətləndirilməsi həyata keçirilməkdədir.

Bu istiqamətdə aparılan işlər çərçivəsində Mərkəzi Bankın İdarə Heyətinin 09 aprel 2025-ci il tarixli Qərarı ilə “Guavapay” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya verilib.