Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Mərkəzi Bank inflyasiyanı artıra biləcək əsas daxili risk faktorunu açıqladı - FinFly

Ötən iclasdan bəri inflyasiyanın risk balansında əhəmiyyətli dəyişikliklər baş verməyib. Qlobal ticarətdə gedən proseslər əmtəə və maliyyə bazarlarında dalğalanmalara səbəb olmaqdadır.

Bu barədə FinFly Azərbaycan Mərkəzi Bnakına istinadən xəbər verir.

Bildirililib ki, bu şəraitdə inflyasiyanın xarici risk faktoru kimi idxal inflyasiyası hesab olunur:

"Bu amil isə bir tərəfdən ticarət tərəfdaşlarında inflyasiyadan, digər tərəfdən isə nominal effektiv məzənnənin dinamikasından asılıdır. İnflyasiyanı artıra biləcək əsas daxili risk faktoru xərc amillərinin aktivləşməsi və məcmu tələbin izafi artımı qeyd oluna bilər. Bu baxımdan ortamüddətli perspektivdə dövlət xərclərinin və istehlak kreditlərinin məcmu tələbə və qiymətlərə mümkün təsirləri daim diqqətdə saxlanılmalıdır".

Qeyd edilib ki, baza ssenarisinə əsasən, 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozlaşdırılır:

"Belə ki, baza ssenarisi üzrə iyul proqnozlarına görə, illik inflyasiyanın 2025-ci ildə 5,7 faiz, 2026-cı ildə isə 5,3 faiz olacağı gözlənilir. Cari ildə inflyasiya proqnozunun davamlı olaraq hədəfdə qalması və valyuta bazarında sabitliyin davam etməsi pul siyasətinin yumşaldılması üçün zəmin yaradır".