23 Iyl, 2025 12:00
Azərbaycan Mərkəzi Bankı (AMB) bu il ölkə iqtisadiyyatının 3 faiz, o cümlədən qeyri-neft-qaz iqtisadiyyatının 4,2 faiz böyüyəcəyini proqnozlaşdırır.
FinFly xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.
Bu ilin aprel ayında qurum 2025-ci ildə iqtisadi artımın 3,3 faiz, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 4,7 faiz olacağını açıqlamışdı.
Bundan başqa, sədr deyib ki, AMB gələn il ölkə iqtisadiyyatının 2,2 faiz, o cümlədən qeyri-neft-qaz iqtisadiyyatının 4,3 faiz böyüyəcəyini proqnozlaşdırır.
Son xəbərlər
-
28 Fvr, 2026
Əbu-Dabi və Bəhreyndə partlayış qeyd olunub...
-
28 Fvr, 2026
İran İsrail istiqamətində yeni raketlər buraxdı...
-
28 Fvr, 2026
Tehranda daha iki partlayış...
-
28 Fvr, 2026
İran İsrailə raketlər buraxıb...
-
28 Fvr, 2026
İran hücuma yaxın saatlarda cavab verəcək...
