
18 Iyl, 2025 10:10
Mərkəzi Bank tərəfindən “Kabox” MMC-yə ödəniş təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya ləğv edilib.
FinFly AMB-yə istinadən xəbər verir ki, fəaliyyətində aşkar edilmiş ciddi qanun pozuntuları səbəbi ilə "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Azərbaycan Respublikası Qanununun 54.1.7-ci və 54.1.9-cu maddələrinə əsasən "Kabox" MMC ödəniş təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən 18 sentyabr 2024-cü il tarixli, ÖT-008 nömrəli lisenziya Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 17 iyul 2025-ci il tarixli Qərarı ilə ləğv edilib.
Son xəbərlər
-
18 Iyl, 2025
ARDNF İtaliyada şirkətində 49 faizlıq pay alır...
-
18 Iyl, 2025
Azərbaycan buğda idxalını artırıb...