13 Avq, 2025 21:55
Azərbaycan Mərkəzi Bankı (AMB) bu il neft-qaz sektorunda ümumi daxili məhsulun (ÜDM) 1,2 faiz artacağını, gələn il isə 1,2 faiz azalacağını proqnozlaşdırır.
FinFly xəbər verir ki, bu barədə qurumun “Pul Siyasəti İcmalı"nda bildirilir.
Sənədə əsasən, ölkədə ümumi iqtisadi artımı daha çox qeyri-neft-qaz sektoru təmin edəcək.
"2025-2026-cı illər üzrə iqtisadi artım proqnozunun reallaşması ev təsərrüfatlarının real istehlak xərclərinin dinamikasından asılı olacaq. Digər tərəfdən qlobal əmtəə və maliyyə bazarlarındakı qeyri-müəyyənliklər də müxtəlif kanallarla iqtisadi artım proqnozlarının reallaşmasına təsir edə bilər", - deyə icmalda qeyd olunub.
Neft-qaz sektoru üzrə proqnozlar hökumətin rəsmi proqnozlarına əsaslanır.
Son xəbərlər
-
23 Noy, 2025
İran quru qoşunlarına yeni komandan təyin etdi...
