
Azərbaycan Mərkəzi Bankı (AMB) daşınar əşyaların girov qoyulması müqabilində qısamüddətli kreditlər verən (lombard fəaliyyəti göstərən) “GL” ASC-ni ("Sizin Lombard") və onun vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.
FinFly bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun apardığı planlı tematik yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələbinin pozulması halı aşkarlanıb. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.4-cü maddələrinə əsasən "GL" və onun vəzifəli şəxsi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə müvafiq olaraq 50 min manat və 10 min manat cərimə edilib.
Xatırladaq ki, "GL" 2016-cı ildə yaradılıb. Şirkətin səhmləri 100 faiz Eldar Quliyevə məxsusdur. O, həm də "Para" ASC bank olmayan kredit təşkilatının (BOKT) əsas səhmdarlarından biridir.
Son xəbərlər
-
01 May, 2025
Hava şəraiti ilə bağlı xəbərdarlıq...
-
01 May, 2025
"Meqa Sığorta"-nın vəzifəli şəxsləri cərimələnib...
-
01 May, 2025
BTC ilə 4,5 mlrd bareldən çox neft nəql edilib...
-
01 May, 2025
Təbriz-Bakı hava reysi bərpa oluna bilər...