Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Mərkəzi Bank tərəfindən lisenziya verilmiş bəzi təşkilatlar SWIFT şəbəkəsinə qoşulurlar - FinFly

Mərkəzi Bank tərəfindən lisenziya verilmiş elektron pul və ödəniş təşkilatları SWIFT şəbəkəsinə qoşulmağa başlayıb.

Bu barədə Trend tənizmləyici quruma istinadən xəbər verir.

Məlumata görə, Mərkəzi Bankda SWIFT təşkilatının nümayəndə heyəti ilə kommersiya banklarının və müvafiq maliyyə qurumlarının nümayəndələrindən ibarət SWIFT İstifadəçilər Qrupunun birgə görüşü təşkil olunub. Görüş zamanı SWIFT təşkilatı tərəfindən reallaşdırılan hazırkı və gələcək fəaliyyət proqramları, strateji hədəflər, o cümlədən "G20" ölkələrinin transsərhəd ödənişləri üzrə qarşıya qoyulmuş məqsədlər müzakirə olunub.

Görüşdə çıxış edən Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov ödəniş sistemlərində həyata keçirilən islahatlardan və strateji prioritetlərdən danışarkən bildirib: “Maliyyə institutları və strateji tərəfdaşların Mərkəzi Bankın "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası" ilə yaxından tanış olması və bu çərçivədə qeyd olunan təşəbbüslərə diqqət yetirməsi olduqca mühümdür. Eyni zamanda, hazırda banklarla yanaşı, Mərkəzi Bank tərəfindən lisenziya verilmiş elektron pul və ödəniş təşkilatlarının da SWIFT şəbəkəsinə qoşulması fintex sahəsinin inkişafının önəmli göstəricilərindən biri olmaqla, maliyyə sektorunda növbəti mərhələnin başlanğıcı kimi qiymətləndirilir”.

Daha sonra Azərbaycanda ödəniş əməliyyatlarının dinamikası, ölkənin milli ödəniş infrastrukturunun cari vəziyyəti, “ISO20022” beynəlxalq standartına keçid üzrə görülmüş işlər və ödəniş xidmətlərinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda, görüşdə SWIFT təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində Azərbaycanda icra olunmuş innovativ ödəniş həlləri üzrə praktiki müzakirələr aparılıb. Kommersiya banklarının nümayəndələrinin müvafiq mövzularla bağlı çıxışları da baş tutub.

Mərkəzi Bank aidiyyəti dövlət qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində ölkədə elektron ödəniş sistemlərinin inkişafı və nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində layihələrin və strateji təşəbbüslərin həyata keçirilməsini davam etdirir.