Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Mərkəzi Bankda bir sıra səhmdar cəmiyyətlərinin nümayəndələrilə görüş keçirilib - FinFly

Azərbaycan Mərkəzi Bankında (AMB) Milli Depozit Mərkəzi ilə birgə “açıq mikrofon” formatında bir sıra səhmdar cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

FinFly bu barədə AMB-yə istinadən xəbər verir.

Görüş zamanı səhmdar cəmiyyətlərində korporativ idarəetmənin təkmilləşdirilməsi, emitentlərin illik hesabatlarının qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib edilməsi, səhmdarların ümumi yığıncaqlarının çağırılması və cəmiyyətlərin fəaliyyətinin qanunvericiliyə uyğun həyata keçirilməsi istiqamətində mühüm məlumatlar təqdim olunub. Bu istiqamətdə səhmdar cəmiyyətlərinin nümayəndələrinin ünvanlandığı suallar cavablandırılıb.

Bundan əvvəl AMB ir sıra rayonlarda səhmdar cəmiyyətlərinin nümayəndələri ilə məlumatlılığın artırılmasını hədəfləyən görüşlər keçirib.

"İnvestorların hüquqlarının qorunması məqsədilə həyata keçirilən bu təşəbbüslər davam etdiriləcək" - deyə qurum açıqlayıb.