Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Mərkəzi Bankı emissiya prospektləri ilə bağlı təlimatlar hazırlayıb - FinFly

Azərbaycan Mərkəzi Bankı (AMB) "Emissiya prospektinə və informasiya memorandumuna dair tələblər haqqında Qaydalar" (Qaydalar) çərçivəsində emitent və sənəd növləri nəzərə alınmaqla prospekt sənədlərinin şablon formalarını hazırlayıb.

FinFly AMB-yə istinadən xəbər verir ki, yeni hazırlanmış şablonların əsas məqsədi emissiya prospektlərinin və informasiya memorandumlarının tərtibi zamanı yol verilən nöqsanların minimuma endirilməsi, sənədlərin ümumi keyfiyyətinin artırılması və sənəd tərtibatı prosesinin emitentlər və anderrayterlər üçün daha asan və səmərəli şəkildə təşkil olunmasıdır.

Şablon sənədlərdə Qaydalarda əks olunmuş bəndlər üzrə açıqlayıcı və izahedici qeydlərə də yer verilib. Xüsusilə praktik təcrübədə ən çox sual doğuran və nöqsanların ən çox rast gəlindiyi bəndlər üzrə izahlı qeydlərin hazırlanmasına xüsusi diqqət yetirilib. Bu qeydlərin sənəd tərtibatı zamanı emitentlər üçün praktik vəsait rolunu oynayacağı və prosesi daha çevik və düzgün icra etməyə imkan verəcəyi gözlənilir.

Bundan əlavə, AMB kapital bazarında lisenziyalaşdırılan şəxslərlə bağlı tənzimləyici çərçivənin daha dolğun anlaşılması məqsədilə lisenziya prosedurlarına dair təlimatlar hazırlayıb. Təlimatlarda lisenziyalaşdırmanın mərhələləri, hər bir prosesdə tələb olunan sənəd və məlumatlar, müraciətlərə baxılma müddətləri və lisenziyanın ləğvi üçün əsaslara dair izahlı məlumatlar qeyd olunub.

Təlimatlarla qurumun internet səhifəsindən aşağıdakı keçid vasitəsi ilə tanış olmaq mümkündür:

Emissiya prospektləri: https://www.cbar.az/page-884/emissiya-prospketi-v-informasiya-memorandumlarina-dair-sablon-formalar 

Lisenziya prosedurları: https://www.cbar.az/page-885/lisenziya-prosedurlarina-dair-tlimatlar 

AMB qiymətli kağızlar bazarında iştirak edən bütün tərəflərin fəaliyyətini dəstəkləmək və normativ uyğunluğun təmin olunmasına yardımçı olmaq məqsədilə gələcəkdə də bu kimi təşəbbüsləri davam etdirməyi planlaşdırır.