
23 Apr, 2025 11:52
Azərbaycan Mərkəzi Bankı (AMB) bu il ölkə iqtisadiyyatının 3,3 faiz, o cümlədən qeyri-neft-qaz iqtisadiyyatının 4,7 faiz böyüyəcəyini proqnozlaşdırır.
FinFly xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.
2025-ci ilin yanvar ayında qurum 2025-ci ildə iqtisadi artımın 3,3 faiz, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 5,2 faiz olacağını açıqlamışdı.
Bundan başqa, Kazımov deyib ki, AMB gələn il ölkə iqtisadiyyatının 2,4 faiz, o cümlədən qeyri-neft-qaz iqtisadiyyatının 4,6 faiz böyüyəcəyini proqnozlaşdırır.
Son xəbərlər
-
28 Apr, 2025
İran Prezidenti Azərbaycana rəsmi səfərə gəlib...
-
27 Apr, 2025
Azərbaycan XİN İrana başsağlığı verib...