Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Manatın dövretmə sürəti artıb - FinFly

2025-ci ilin iyulun 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,37 bənd təşkil edib.

FinFly Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, cari ilin iyunun 1-i ilə müqayisədə 0,01 bənd və ya 0,3 faiz artıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,02 bənd və ya 0,6 faiz azalıb.

Bu ilin iyunun 1-nə manatın dövretmə sürəti 3,36 bənd, ötən ilin iyulun 1-nə isə 3,39 bənd təşkil etmişdi.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda qeydə alınaraq, 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.