
2025-ci ilin iyulun 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən ümumi nominal effektiv məzənnəsi 102,6 faiz bəndi təşkil edib.
FinFly Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata əsasən, bu, aylıq müqayisədə 1,1 faiz bəndi, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1,8 faiz bəndi azdır.
Eyni zamanda, cari ilin iyulun 1-nə manatın qeyri-neft sektoru üzrə nominal efektiv məzənnəsi isə 172,6 faiz bəndi təşkil edib ki, bu da aylıq müqayisədə 1,2 faiz bəndi, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1 faiz bəndi azdır.
Bundan başqa, 2025-ci ilin iyulun 1-nə manatın ümumi real effektiv məzənnəsi 115,3 faiz bəndi təşkil edib. Bu, aylıq müqayisədə 2,2 faiz bəndi, illik müqayisədə isə 4,3 faiz bəndi azdır.
Həmçinin, hesabat dövründə manatın qeyri-neft sektoru üzrə real effektiv məzənnəsi 111,4 faiz bəndinə bərabər olub ki, bu da aylıq ifadədə 1,7 faiz bəndi, illik ifadədə isə 4,5 faiz bəndi azalıb.
Son xəbərlər
-
26 Iyl, 2025
InvestAZ-dan ödənişsiz investisiya seminari...
-
26 Iyl, 2025
Azərbaycan nefti ucuzlaşıb...
-
26 Iyl, 2025
Xəzərin sahilində IT-hab yaradılır...