
Bu ilin mayın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən ümumi nominal effektiv məzənnəsi 104,4 bənd təşkil edib.
FinFly Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu, aylıq müqayisədə 1,5 bənd, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,4 bənd azdır.
Eyni zamanda, cari ilin mayın 1-nə manatın qeyri-neft sektoru üzrə nominal efektiv məzənnəsi isə 175,3 bənd təşkil edib ki, bu da aylıq müqayisədə 0,9 bənd az, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,6 bənd çoxdur.
Bundan başqa, 2025-ci ilin mayın 1-nə manatın ümumi real effektiv məzənnəsi 118,7 bənd təşkil edib. Bu, aylıq müqayisədə 2,4 bənd, illik müqayisədə isə 3,1 bənd azdır.
Həmçinin, hesabat dövründə manatın qeyri-neft sektoru üzrə real effektiv məzənnəsi 114,6 bəndə bərabər olub ki, bu da aylıq ifadədə 1,3 bənd, illik ifadədə isə 4 bənd azalıb.
Son xəbərlər
-
29 May, 2025
Sabah neçə dərəcə isti olacaq?...
-
29 May, 2025
Azərbaycan Rusiyaya qeyri-neft ixracını artırıb...