Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Manatın nominal və real effektiv məzənnəsi necə dəyişib? - FinFly

2025-ci ilin avqustun 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən ümumi nominal effektiv məzənnəsi 101,8 faiz bəndi təşkil edib.

FinFly Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata əsasən, bu, aylıq müqayisədə 0,8 faiz bəndi, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2,3 faiz bəndi azdır.

Eyni zamanda, cari ilin avqustun 1-nə manatın qeyri-neft sektoru üzrə nominal efektiv məzənnəsi isə 172,7 faiz bəndi təşkil edib ki, bu da aylıq müqayisədə 0,1 faiz bəndi çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,8 faiz bəndi azdır.

Bundan başqa, 2025-ci ilin avqustun 1-nə manatın ümumi real effektiv məzənnəsi 113,8 faiz bəndi təşkil edib. Bu, aylıq müqayisədə 1,5 faiz bəndi, illik müqayisədə isə 5,6 faiz bəndi azdır.

Həmçinin, hesabat dövründə manatın qeyri-neft sektoru üzrə real effektiv məzənnəsi 110,7 faiz bəndinə bərabər olub ki, bu da aylıq ifadədə 0,7 faiz bəndi, illik ifadədə isə 5 faiz bəndi azalıb.