
ABŞ Prezidenti Donald Tramp administrasiyasına milyarder İlon Mask tərəfindən ünvanlanan tənqidlər fonunda sahibkardan məyus olduğunu bildirib və onun üçün çox iş gördüyünü vurğulayıb.
FinFly xarici KİV-ə istinadla xəbər verir ki, Tramp bunu Almaniya kansleri Fridrix Merslə görüşü zamanı deyin.
"Mən İlondan çox məyusam, ona çox kömək etmişəm", – deyə ABŞ lideri qeyd edib.
Tramp əlavə edib ki, əvvəllər Maskla yaxşı münasibətləri olub, lakin hazırda bunun belə olub-olmadığını bilmir.
3 iyun tarixində İlon Mask Trampın "Vahid, böyük, gözəl" adlı xərclər və vergilər qanun layihəsini sərt şəkildə tənqid edərək onu "iyrənclik" adlandırıb.
Ötən həftə Mask Tramp administrasiyası nəzdində fəaliyyət göstərən ABŞ Hökumət Effektivliyi Departamentinin (DOGE) rəhbəri vəzifəsini tərk edib, lakin buna baxmayaraq, Prezidentin dostu və məsləhətçisi olaraq qalacağını bəyan edib.
Son xəbərlər
-
05 Iyn, 2025
Mask Trampı məyus etdi...
-
05 Iyn, 2025
Çinlə iqtisadi əməkdaşlıq müzakirə olunub...
-
05 Iyn, 2025
Azərbaycanın dövlət büdcəsinin profisitiartıb...