
ABŞ Dövlət Effektivliyi Departamentinin (DOGE) rəhbəri və milyarder İlon Mask şəxsən ABŞ prezidenti Donald Trampa bir sıra ölkələrdən idxala tətbiq olunan yeni rüsumların yenidən nəzərdən keçirilməsi ilə bağlı birbaşa müraciət edib.
FinFly-ın məlumatına görə, bu barədə The Washington Post iki mənbəyə istinadən xəbər verir.
“Bu cəhd… hələlik uğur gətirməyib: Tramp bazar ertəsi günü Çindən idxala 50 faizlik yeni rüsumlar tətbiq edəcəyi ilə hədələyib”, – WP yazır.
Washington Post xatırladır ki, Mask bundan əvvəl ABŞ prezidentinin əsas məsləhətçilərindən biri olan və Trampın genişmiqyaslı gömrük rüsumları ilə bağlı qərarlarının qəbulunda əsas rol oynamış Piter Navarronu sərt tənqid etmişdi.
Navarro isə cavab olaraq Maskı “avtomobil yığan şəxs” adlandırmış və onun digər ölkələrdən alınan detalların idxalından asılı olduğunu qeyd etmişdi.
“O – avtomobil adamıdır. O, bununla məşğuldur və ucuz xarici ehtiyat hissələri istəyir”, – deyə Navarro sahibkarın azad ticarət zonası yaradılması ilə bağlı çağırışını şərh edərkən bildirmişdi.
Tramp 2 aprel tarixində 185 ölkə və əraziyə aid məhsullara gömrük rüsumlarının tətbiq olunacağını elan edib. Ümumi 10 faizlik tariflər 5 apreldə qüvvəyə minib, fərdi tariflər isə 9 apreldə qüvvəyə minəcək. Bundan əlavə, ABŞ administrasiyası 3 apreldən etibarən bütün idxal olunan avtomobillərə 25 faizlik gömrük rüsumu tətbiq edib.
Son xəbərlər
-
19 Apr, 2025
Gürcüstan Azərbaycana kömək üçün müraciət edib...
-
19 Apr, 2025
Azərbaycan mədəniyyət xərclərini artırıb...
-
19 Apr, 2025
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub...