
22 May, 2025 10:51
Milli Depozit Mərkəzi (MDM) ilk dəfə olaraq mərkəzləşdirilmiş qaydada səhmlər üzrə dividend ödənişlərini həyata keçirib.
FinFly MDM-ə istinadən xəbər verir ki, ABB-nin 6 may 2025-ci il tarixli qiymətli kağız mülkiyyətçilərinin reyestrində əks olunan bütün səhmdarlarına malik olduqları səhm sayına uyğun olaraq dividend köçürülüb.
Bu çərçivədə ABB səhmdarlarına ümumilikdə 200 milyon manat məbləğində dividend ödənilib. Səhmlərin nəzarət zərfi dövlətə məxsus olduğundan ödənişlərin 184 milyon manatı dövlət büdcəsinə, qalan hissəsi isə 30,000-dən çox fərdi və institusional səhmdara yönəldilib.
Bu səhmdarların hüquq və maraqlarının qorunması, ödəniş proseslərinin şəffaf və səmərəli təşkili baxımından mühüm əhəmiyyət kəsb edir.
Son xəbərlər
-
07 Iyn, 2025
Azərbaycan neftinin qiyməti bahalaşıb...
-
07 Iyn, 2025
Yutubun fəaliyyətində qlobal nasazlıq yaranıb...
-
05 Iyn, 2025
Mask Trampı məyus etdi...