Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994
Media savadlılığı ilə bağlı layihənin icrasına başlanılır - FinFly

Medianın İnkişafı Agentliyi (MEDİA), Azərbaycan Respublikasının Gənclər Fondu və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə könüllülük proqramı çərçivəsində "Milli Mətbuat 150 – Rəqəmsal erada gənclər və media savadlılığı" layihəsinə start verilir.

MEDİA-dan FinFly-a verildiyi məlumata görə, sentyabr-dekabr aylarını əhatə edəcək layihə çərçivəsində 10-dan artıq regiondan 500-dən çox gəncin iştirakı ilə mətbuat tarixi və yeni media istiqamətində, eyni zamanda media savadlılığı mövzusunda təlim, praktik və interaktiv sessiyaların təşkil edilməsi nəzərdə tutulur.

Layihənin məqsədi fəal sosial media istifadəçisi kimi zərərli məlumatların təsirinə daha çox məruz qalma ehtimalı olan gənclərin müasir media və kommunikasiya sahəsində biliklərinin artırılması, media savadlılığı mövzusunda bacarıqlarının təkmilləşdirilməsi, dezinformasiya ilə mübarizədə maarifləndirmənin və həmrəyliyin gücləndirilməsidir.

Layihənin yekunu olaraq, dekabr ayında Bakı və regionlardan ümumilikdə 100-dən çox gəncin iştirakı ilə tədbirin keçirilməsi planlaşdırılır.