05 Okt, 2025 11:52
Las-Veqasda (ABŞ) keçirilən UFC 320 turnirində əsas döyüşlərdən birində yüngül çəkidə çempion Merab Dvalişvili ilə amerikalı Kori Sandhagen üz-üzə gəlib.
FinFly xəbər verir ki, "T-Mobile Arena"da beş raund davam edən qarşılaşma gürcü idmançının hakimlərin yekdil qərarı (49-45, 49-45, 45-46) ilə qələbəsi ilə başa çatıb.
Bu nəticə sayəsində Dvalişvili UFC çempionluq kəmərini uğurla müdafiə edib və ardıcıl 14-cü qələbəsini qazanıb.
Qeyd edək ki, artıq 33 yaşlı döyüşçünün peşəkar karyerasında 20 qələbə və 4 məğlubiyyəti var. Sandhagen isə 18 dəfə qalib gəlsə də, 6 dəfə məğlub olub.
Son xəbərlər
-
28 Fvr, 2026
Əbu-Dabi və Bəhreyndə partlayış qeyd olunub...
-
28 Fvr, 2026
İran İsrail istiqamətində yeni raketlər buraxdı...
-
28 Fvr, 2026
Tehranda daha iki partlayış...
-
28 Fvr, 2026
İran İsrailə raketlər buraxıb...
-
28 Fvr, 2026
İran hücuma yaxın saatlarda cavab verəcək...
