
04 Snt, 2025 16:21
2025-ci ilin iyul ayının sonuna Azərbaycanda mikrosahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 3,288 milyard manat təşkil edib.
FinFly Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, iyun ayının sonu ilə müqayisədə 85,6 milyon manat və ya 2,7 faiz, ötən ilin eyni dövrünə nisbətən isə 515,2 milyon manat və yaxud 18,6 faiz çoxdur.
Bu ilin iyulun sonuna Azərbaycan banklarının biznes kredit portfelinin həcmi 15,056 milyard manat təşkil edib. Bu isə bir ay əvvəlki göstərici ilə müqayisədə 87,9 milyon manat və ya 0,6% azalma, ötən ilin eyni dövründəki göstəriciyə nisbətən isə 1,1 milyard manat və yaxud 8,2 faiz artım deməkdir.
Son xəbərlər
-
04 Snt, 2025
Azərbaycanda pambığa görə subsidiyalar artırılıb...
-
04 Snt, 2025
İran Avstraliya səfirini ölkədən çıxarıb...