02 Fvr, 2026 16:10
Bu gün Milli.Az xəbər portalının yaranma günüdür.
FinFly xəbər verir ki, portalın 16 yaşı tamam olur.
2010-cu ilin fevralın 1-də fəaliyyətə başlayan sayt qısa müddət ərzində Azərbaycanın ən çox oxunan internet resursları sırasına daxil olub.
Yarandıqdan qısa müddət sonra populyarlaşaraq ölkənin aparıcı media subyektlərindən birinə çevrilib.
Portal gün ərzində ölkədə və dünyada baş verən ən son yeniliklərlə oxucuları operativ şəkildə məlumatlandırır.
Milli.Az 16 illik fəaliyyəti ərzində daha çox böyüyüb və daha geniş auditoriyanın etimadını qazanmağı bacarıb.
Milli.Az-ın baş redaktoru tanınmış jurnalist Asif Mehmandır.
Milli.Az-da çalışan həmkarlarını təbrik edir, onlara möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq!
Son xəbərlər
-
03 Fvr, 2026
Mərkəzi Bankın valyuta ehtiyatları artıb...
-
03 Fvr, 2026
Emin Əmrullayev səudiyyəli həmkarı ilə görüşüb...
-
03 Fvr, 2026
Ukrayna SEPAH-ı terror təşkilatı kimi tanıyıb...
