
Milli Məclis "Azərbaycan Dəmir Yolları" QSC və onun strukturuna daxil olan qurumların öz fəaliyyət istiqamətləri üzrə müvafiq işləri görməsi üçün lisenziya və icazə tələbinin ləğvini təsdiqləyib.
FinFly xəbər verir ki, bununla bağlı "Nəqliyyat haqqında" qanunda dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirə olunub.
Dəyişiklik nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin idarə edilməsində vahid prinsiplərin tətbiqinə, öz fəaliyyət istiqamətləri üzrə müvafiq işləri çevik, operativ görə bilməsinə xidmət edir. Belə ki, analoji qayda Ticarət Gəmiçiliyi Məcəlləsi, "Avtomobil yolları haqqında" və "Kosmik fəaliyyət haqqında" qanunlarla müvafiq olaraq “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyə ("Azərkosmos") də tətbiq edilib.
Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Son xəbərlər
-
08 Iyn, 2025
Tramp Vensə Maskı tənqid etməyi yasaqlayıb...
-
08 Iyn, 2025
Elon Mask və maliyyə naziri dava salıblar...
-
07 Iyn, 2025
Azərbaycan neftinin qiyməti bahalaşıb...
-
07 Iyn, 2025
Yutubun fəaliyyətində qlobal nasazlıq yaranıb...