
2025-ci ilin fevral ayının 1-nə banklar və "Azərpoçt" MMC sistemi üzrə ödəniş kartlarının sayı ötən aya nəzərən 67 min ədəd artaraq 19 milyon 965 min ədəd təşkil edib.
Bu barədə FinFly Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Hesabata görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 15,8 faiz artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 18,1 faiz, kredit kartları üzrə 0,3 faiz təşkil etmişdir. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 dəfə artıb.
Bildirilib ki, 2025-ci ilin yanvar ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6,902 milyard manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 5,845 milyard manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,052 milyard manatı POS-terminallar, 3.1 milyard manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir. Yanvar ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 68,5 faizini təşkil edib.
Son xəbərlər
-
19 Apr, 2025
Gürcüstan Azərbaycana kömək üçün müraciət edib...
-
19 Apr, 2025
Azərbaycan mədəniyyət xərclərini artırıb...
-
19 Apr, 2025
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub...